Revanto haqqında

Revanto, şəhər estetikasını və fərdi ifadəni birləşdirən premium streetwear brendidir. Hər dizayn, sənət və kimlik arasında körpü quraraq, sadəcə geyim deyil — bir mesaj daşıyır. Bizim məhsullar, həm vizual gücü, həm də rahatlığı ilə seçilir.

Sweatshirt və hoodie-lərimiz 90% pambıq və 10% likradan hazırlanır. Bu qarışım həm yumşaqlıq, həm nəfəs alma qabiliyyəti, həm də elastiklik təmin edir — gündəlik istifadə üçün ideal seçimdir.

Yığnana bilən məzmun

Qaytarma siyasəti

1. Ümumi Şərtlər

Revanto mağazası olaraq müştərilərimizin məmnuniyyətini ön planda tuturuq. Məhsullar sifariş təsdiqləndikdən sonra hazırlanmağa başlayır və bu səbəbdən standart qaytarılma proseduru tətbiq edilmir. Bununla belə, keyfiyyət və düzgünlük bizim üçün əsas dəyərlərdir.

Qaytarılma yalnız aşağıdakı hallarda mümkündür:

  • Məhsulda istehsal qüsuru və ya defekt olduqda;
  • Çapda səhvlik və ya texniki problem müşahidə edildikdə;
  • Səhv ölçü göndərildikdə;
  • Göndəriş zamanı məhsul zədələnmiş olduqda.

2. Məhsulun Təslimi və Yoxlanışı

Müştəri məhsulu təslim aldığı anda aşağıdakıları diqqətlə yoxlamalıdır:

  • Məhsulda hər hansı qüsurun olub-olmaması;
  • Çapın düzgünlüyü və keyfiyyəti;
  • Ölçünün sifarişə uyğunluğu.

Əgər qüsur aşkar edilərsə:

  • Müştəri dərhal kuryerə məlumat verməlidir;
  • Qüsurun foto və ya video sübutu çəkilməlidir;
  • Sübutlar revanto.az Instagram səhifəsinə və ya WhatsApp nömrəsinə (0703601807) göndərilməlidir.

Sonrakı günlərdə edilən müraciətlər, təəssüf ki, qəbul edilmir.

3. Qaytarılma Prosesi

  • Revanto tərəfindən sübutlar təsdiqləndikdən sonra məhsul ya yenidən hazırlanaraq göndərilir, ya da ödəniş geri qaytarılır.

4. Pulun Geri Qaytarılması

  • Ödəniş yalnız təsdiqlənmiş defekt hallarında geri qaytarılır.
  • Geri ödəniş prosesi 5–10 iş günü ərzində müştərinin bank kartına köçürülür.

5. İstisnalar

  • Endirimli məhsullar və xüsusi sifarişlər qaytarılmaya daxil deyil.
  • Müştərinin ölçü seçimində etdiyi səhvlər qaytarılma səbəbi hesab edilmir.
  • Məhsul istifadə olunmuş halda qaytarılma qəbul edilmir.

istehsal və çatdırılma prosesi

Revanto məhsulları fərdi sifariş əsasında hazırlanır.

Stokda mövcud olan məhsullar qısa müddət ərzində, əsasən eyni gün,

stokda olmayan məhsullar isə 10 günə qədər hazırlanır.

Sifarişlər hazır olan gün çatdırılmaya təqdim edilir.

Ödəniş üsulu

Mağazamızda 50/50 ödəniş sistemi mövcuddur.

Sifarişin təsdiqi üçün ümumi məbləğin 50%-i əvvəlcədən onlayn ödənilir, qalan 50% isə sifariş təhvil verilən zaman ödənilir.

Bu ödəniş üsulu həm təhlükəsiz, həm də müştəri üçün rahatdır.

Əlaqə